«OTTİMO- TOOLS» şirkətinin adının mənası onun əsas iş prinsipləri ilə həmahənglik təşkil edir. «OTTIMO» italyan dilindən tərcümədə "ən yaxşı", "çox gözəl", "əla" mənalarını ehtiva edir. Əməkdaşların zəngin təcrübəsi, yüksək keyfiyyətli məhsullar, təchizatçıların dəqiq seçimi, hər bir müştəriyə fərdi yanaşma şirkətimizi ən yaxşı texnologiya üsulları ilə, çox gözəl avadanlıqlar və dəzgahlarla, eləcə də əla xidmətlə qurmağa icazə verir.
"OTTIMO-TOOLS MMC" Azərbaycan bazarında eksklüziv olaraq, İtaliya istehsalı metal emal edən avadanlıq və dəzgahları təqdim edir. Şirkət müştəriləri yüksək keyfiyyətli avadanlıqlarla təmin etməklə yanaşı, həm də texnologiyanın təkmilləşdirilməsi, istismara verilməsi, kadr hazırlığı ilə bağlı bütün xidmət növlərini təklif edir. Biz zəmanət və ondan sonrakı dövrdə texniki xidməti və təbii ki, ehtiyat hissələri və istehlak materiallarının tədarükünü təmin edirik.
