Şirkətimiz müxtəlif təyinatlı və dizaynlı gilyotin qayçıları üçün bıçaqlar təqdim edir. Bütün bıçaqlar (ülgüclər) yüksək keyfiyyətli alət düzəltmə poladlarından hazırlanır. Yüksək keyfiyyətli materiallar, dəqiq emal və müasir sərtləşdirmə üsulları bıçaqların möhkəmliyinə, etibarlılığına və aşınmaya qarşı davamlılığına zəmanət verir.
Gilyotin qayçıları üçün bıçaqların bir çox konfiqurasiyası olsa da, bunlardan 2 əsas növü - iki və dörd kəsici kənarları ilə digərlərindən seçilir. Dörd kəsici kənarı olan bıçaq düzbucaqlı, iki kəsici kənarı olan isə paraleloqram formasındadır.
Zəngin təcrübə, eləcə də avadanlıq və alətləri istehsal edən zavodlarla daimi əməkdaşlıq nəticəsində şirkətimiz əksər hallarda avadanlığın modelinə və istehsal ilinə əsasən tələb olunan bıçağı müəyyən edə bilir.