ZANI SPA
İstehsal olunan məhsulların növləri:
- Soyuq ştamplama presləri
"ZANI SPA" 1960 - cı ildən etibarən avtomobil, məişət texnikası, elektronika, mebel, bərpa olunan enerji sahəsi də daxil olmaqla, müxtəlif sektorlarda istifadə olunan sac metal soyuq ştamp preslərinin layihələndirilməsi və istehsalı ilə məşğul olan İtaliya şirkətidir.
İtaliya-İsveçrə sərhədinə yaxın, Milanın bir neçə kilometr şimalında, Komo əyalətinin Turate şəhərində yerləşən "ZANI" üçüncü nəsildə Zaffaroni ailəsi tərəfindən idarə olunur.