"ZANI" 1960 - cı ildən etibarən avtomobil, məişət texnikası, elektronika, mebel, bərpa olunan enerji sahəsi də daxil olmaqla müxtəlif sektorlarda istifadə olunan sac metal soyuq ştamp preslərinin layihələndirilməsi və istehsalı ilə məşğul olan İtaliya şirkətidir. İtaliya-İsveçrə sərhədinə yaxın, Milanın bir neçə kilometr şimalında, Komo əyalətinin Turate şəhərində yerləşən "ZANI" üçüncü nəsildə Zaffaroni ailəsi tərəfindən idarə olunur.
Təşkilat və dizayn sahəsindəki istehsalat sirləri sayəsində "ZANI" hər bir müştərinin özəl olduğunu yaxşı bilərək, yeni bazar ehtiyaclarına tez cavab verir və uyğunlaşa bilir.

Məhz buna görə də dörd növ qurğularımız müştərilərin tələblərinə uyğun olaraq dizayn və istehsal olunur:

Bizim ekssentrik preslərimiz 630 tona qədər olan gücdədir, çıxıntı 400 millimetrə və masalar isə 4000 millimetrə qədərdir.

İnteqrasiya edilmiş (birləşdirilmiş) əlavə preslərimiz (Link Motion),
2500 tona qədər gücə, 800 mm çıxıntı və 7000 mm-ə qədər masa ölçüsünə sahibdir.

3200 tona qədər gücə, 800 mm çıxıntı və 7000 mm-ə qədər masa ölçüsünə malik olan servo idarə olunan preslərimiz volan və ya debriyaj olmadan birbaşa kinematik zəncirlə birləşdirilən bir və ya bir neçə ani fırlanma mühərriki ilə təchiz edilmiş maşın növü istənilən hərəkət qanununu təkrar edə bilər.

300 vuruş/dəq, 300 tona qədər güc, 100 mm çıxıntı və 2000 mm-ə qədər masa ölçüsü ilə yüksək sürətli preslərimiz var.