"VLM" flamand dilində "Verstelbare Lamellen Matrijs" deməkdir. İngilis dilində bu «Adjustable Die System», Azərbaycan dilində isə «matrisin tənzimlənməsi sistemi» şəklində tərcümə olunur. Bu patentləşdirilmiş dəyişən qövs matrisi (qəlibi) sistemi VLM-in keçmiş texniki direktoru cənab H.Feyenin təbəqə metalların əyilməsi prosesində çoxillik təcrübəsinə əsaslanan inkişafın nəticəsidir.
"VLM" şirkəti təbəqəəyən (sac bükmə) presi üçün tənzimlənən və əvvəlki kimi münasib qiymətə hazırlanan matris sisteminin unikal birləşməsini tapmağa nail oldu. Bu alətin uğuru onun çox yönlü olmasıdır, onun bazası isə sadə blokdur. Bu konsepsiya bütün dünyada patentləşdirilmişdir. Tənzimlənən "VLM" matrisindən istifadə etməklə siz səmərəliliyin və mənfəətin 30%-ə qədər artmasına nail ola bilərsiniz. Tənzimlənən dizayn, müxtəlif sac metal məhsullarını yalnız bir matrislə (qəliblə) əyməyə imkan verir.
Ənənəvi sabit V-matrislər (qəliblər) üzərində əhəmiyyətli üstünlük ondan ibarətdir ki, kiçik miqdarda və müxtəlif təbəqə qalınlığı olan hissələri istehsal edərkən alətin dəyişdirilməsi əhəmiyyətli dərəcədə müddəti azaldacaq.
Vaxta qənaət etməklə yanaşı, siz presləmə gücünü optimallaşdıra, qövsün optimal genişliyini seçə bilərsiniz . Sonsuz tənzimləmə imkanları sayəsində istənilən tələb olunan radiusa nail olmaq olar. Standart matrislərin istifadəsi zamanı bu, hər bir matris üçün müxtəlif qövs genişliklərinə malik çoxsaylı müxtəlif matrislərə ehtiyac olduğuna görə mümkün olur.